By continuing use this site, you agree to the Terms & Conditions and our use of cookies.
Totem borulu goldTotem borulu gold
  • yeni
1.000,00 ₼Prix payé HT
Totem sehpa 3 lü goldTotem sehpa 3 lü gold
  • yeni
550,00 ₼Prix payé HT
Piano güzgü və C dresuar qızılı
  • yeni
700,00 ₼Prix payé HT
Piano güzgü və C dresuar gümüşü
  • yeni
700,00 ₼Prix payé HT
Piano güzgü və X dresuar gümüşüPiano güzgü və X dresuar gümüşü
  • yeni
800,00 ₼Prix payé HT
Our Services
100% Secure Payments
Money your card details to a much more sequred place
Trustpay
100% Payment protection easy return policy
Support 24/7
Got a qustion? Look no further.Browse ourFAQs or submit your query here.
Shop on the go
Download the app and get exciting apponly offers at your fingertips
Əlavə edənlər

Distributor yoxdur

Güzgü seçərkən nələrə diqqət etməli

Güzgü seçərkən nələrə diqqət etməli

Güzgü seçərkən nələrə diqqət edilməlidir? Modellər nəyə görə təyin olunur?  Hansı modellər daha uyğundur? Hansı səhəhvlərə yol verilir? Bu suallar  əsasən müştərilər tərəfindən verilən suallardır. Bu yazıda bu suallara cavab tapacaqsınız

Güzgü seçərkən əsasən ev əşyalarının vəziyyətinə və yerləşdiriləcək yerə (qonaq otağı, yataq otağı, dəhliz və s.) uyğun olaraq güzgü modelini seçmək daha məqsədə uyğundur. Evinizə seçdiyiniz mebellər oyma işləmələrlə işlənmişdirsə güzgüdə ona uyğun olaraq oyma işləmələrlə işlənmiş dekorativ güzgü olmalıdır. Eyni zamanda rəng seçimində də buna diqqət etmək lazımdır. Evinizə seçdiyiniz mebllər qızılı rəngdirsə o zaman bu rəngdə və ya yaxın çərçivə rənglərində güzgü seçmək məntiqli olardı. Evin divar boyası və divar kağızı nəzərə alınmaqla güzgüyə üstünlük verilməlidir. Bəzən xalça kimi kiçik detallar belə nəzə alınmalı olan elementlərdir. Ən kiçik detallar belə nəzərə alınmalı və buna uyğun olaraq güzgünün çərçivə modeli seçilməlidir.

Güzgü modelləri nəyə görə seçilir?

Güzgü modelləri istehsal edilərkən yeni trend mebel dəstləri, ev bəzək əşyaları, daxili dekorasiyada istifadə olunan materiallar, rənglərin açıq, tutqun və parlaqlıq şərtləri nəzərə alınır. Son zamanların yeni trendi vintage stil dekorativ məhsullar güzgü istehsalında nəzərə alınan fərqli yanaşmadır. Bənzər bir yanaşma ilə dekorativ, vintage, avanqard, country, klassik ev mühitinə uyğun olaraq güzgü modelini bəyənməli və ona uyğun rəng seçməlisiniz. Güzgü seçərkən hər bir müəssisə güzgüləri buna uyğun seçməlidir. Kafe, restoran, butik, gözəllik salonları və otellər kimi yerlərdə bu meyarlar həmişə nəzərə alınmalıdır. 

Ev əşyalarına güzgü kimi hansı modellər daha uyğun olardı?

Ev əşyaları qonaq dəsti, yemək masası, dresuar, sehpa və digər əşyalardan ibarətdir. Bu əşyalar bir-birini şüşə qab üslublu  aksesuarlarla (şamdan, rəsm çərçivəsi, vaza) tamamlasa da, güzgü tamamlayıcı əşya kimi vazkeçilməzdir. Avanqard mebellərlə döşənmiş qonaq otağı  varsa, masanın üstünə ala biləcəyiniz ən uyğun güzgü avanqard üslubda olacaq güzgüdür. Güzgü seçimində ən öməmli detal rəng seçimidir. otaqda istifadə etdiyiniz tonlar qızılıdırsa mütləq şəkildə güzgü və çərçivəsi qızılı tonlarda olmalıdır.

Güzgü seçimində hansı səhvlərə yol verilir?

Güzgü seçimində ilk növbədə güzgü rəngi ilə eyni rəng çərçivə seçmək səhvdir. Güzgünün rəngi bürüncdürsə, tünd rəngli mdf korpus  və ya çərçivə seçmək düzgün olardı. Şəffaf rəngli güzgü seçiləcəksə, ağ rəngli laklı və ya tutqun ağ rəngli düz, dekorativ, mdf, taxta, folyo çərçivəyə üstünlük verilə bilər.  Güzgü seçimi ilə bağlı başqa bir məsələ isə qonaq otağı, hamam otağı, dəhlizdə asılan güzgülərlə bağlı yol verilən səhvlərdir. Qonaq otağında yemək masası, dresuar, yumuşaq mebellərin ölçüləri istifadə olunan güzgülərə uyğun olmalıdır. Yemək masası 6 nəfərlikdirsə ən az uzunluğu 150 sm-lik bir güzgü seçilməlidir. Xüsusilə hamam otaqlarında güzgü seçimində çox böyük səhvlərə yol verilir. Hamam otaqlarında nəm çox olduğu üçün mdf, taxta, çərçivəli güzgülərin seçimi doğru deyil. Digər diqqət edilməli mövzu isə qiymətdir. Bəzən baha qiymətə aldığınız güzgü keyfiyyətsiz, ucuz qiymətə aldığımız güzgü isə daha keyfiyyətli çıxa bilər. Bu məqamda seçim edərkən keyfiyyəti ön planda tutmalısınız.

Güzgü seçərkən nələrə diqqət edilməli?

Bu sualın cavabını ən yaxşı izah edən söz ''Dizayn və Harmoniya'' olacaq. Evlərdə və iş yerlərində bəzək dizayn və harmoniya baxımından ayrılmaz iki bütövdür, bunlan ön planda olmalıdır. Necə? Təsəvvür edin ki, evinizdə sport üslubda mebel var və siz zərli güzgüyə üstünlük verirsiniz. Bu yolla siz yerləşdiyi yerin bütün bütövlüyünü və malların ahəngdarlığını isə arzuolunmaz şəkildə poza bilərsiniz.

All comments
  1. telkom university

    I like this article because it is easy for me to understand the contents of this website Telkom University

  2. Telkom University

    Nice Article! I really enjoyed your insights on this topic. If you're interested, check out my website Telkom University for more thoughts!

Leave a Reply